Daha bir bank elektron imza xidmətini aktivləşdirəcək

Yaxın gələcəkdə “Rabitəbank” tərəfindən müştərilərə elektron imzanın (e-imza) əldə edilməsi xidmətini aktivləşdirəcəyi gözlənilir.

Bu barədə “APA-Economics”ə bankdan bildirilib.

Qeyd olunub ki, bununla bağlı bank tərəfindən Dövlət Vergi Xidmətinə müraciət olunub: “Ümumilikdə, cari il ərzində bank tərəfindən 10-a yaxın rəqəmsal həll və məhsul təklif olunacağı gözlənilir ki, onların üzərində hazırda aktiv işlər aparılır”.

Xatırladaq ki, hazırda mobil elektron imza xidməti “Kapital Bank” tərəfindən təklif olunur. Layihə Milli Sertifikatlaşdırma Xidmətləri Mərkəzi ilə birgə həyata keçirilir. Bank müştərilərinə mobil elektron imzanı təmənnasız təqdim edir.

Əvvəlki məqaləKonstitusiya Məhkəməsi inzibati xəta ilə bağlı qərar qəbul edib
Növbəti məqaləBəşir Süleymanlı: QHT-lərlə bağlı ciddi məhdudiyyətlər var