Əlilliklə bağlı parlamentə sənəd göndəriləcək

“Əlilliyin ən yaxşı meyarlarla təyin edilməsi, ödənişlərin uyğunlaşdırılması, qiymətləndirilməsinin təşkil edilməsi istiqamətində ciddi iş aparılır. Artıq meyarlar tam hazılanıb və hökumət qurumları ilə müzakirə edilib”.

“Report” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırda sənəd Milli Məclisə göndərilmə mərhələsindədir: “İnanırıq ki, parlamentin yaz sessiyasında meyarlar qəbul olunacaq və 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu dövr ərzində yenə Ümumdünya Səhiyyə Təşkilatı ilə aktiv şəkildə işləyərək həm Səhiyyə Nazirliyi, həm də TƏBİB-in işçiləri təlimlərə cəlb olunacaq. Çünki yeni meyarlar yeni yanaşma tələb edir. Bu meyarlar faktiki olaraq dünyada mövcud olan hər xəstəlik üzrə kriteriyaların və insanın əmək və özünəqulluq qabiliyyətinə təsir faizlərini müəyyən edir”.

Əvvəlki məqaləƏmək Məcəlləsinə dəyişikliklərlə bağlı layihə hazırlanır
Növbəti məqaləKoronavirusa ən çox yoluxma olan sahələr açıqlandı