Əmək Məcəlləsinə dəyişikliklərlə bağlı layihə hazırlanır

“Artıq Əmək Məcəlləsində dəyişikliklərlə bağlı layihə hazırlanıb”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, artıq dəyişikliklər bir çox qurumlarla razılaşdırılıb: “Məcəllədəki 11 maddə əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir”.

Nazir qeyd edib ki, qısa müddət ərzində Əməyin Mühafizə Mərkəzi də yaradılacaq.

Əvvəlki məqaləBaş Prokurorluq korrupsiya ilə üzləşən vətəndaşlara müraciət etdi
Növbəti məqaləƏlilliklə bağlı parlamentə sənəd göndəriləcək