İdman zallarının və çimərliklərin açılmasına razılıq verildi

“İyunun 10-dan etibarən çimərliklərin fəaliyyəti bərpa edilir”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.

“Burada ötən ilki qaydalar tətbiq olunacaq”, – o bildirib

Ş. Mövsümov onu da bildirib ki, Azərbaycanda iyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək.

 

Əvvəlki məqaləBu tarixdən məscidlər və iri ticarət mərkəzləri açılır
Növbəti məqaləGürcüstan bu tarixdən Azərbaycanla quru sərhədini açır