“Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ödəniləcək?

“Yay məktəbi”ndə I sinifdən başlayaraq X sinifə qədər hər kəs iştirak edə bilər. Əgər qrupda az sayda uşaq olarsa paralel siniflərin birləşdirilməsi, optimallaşdırma aparılması nəzərdə tutulur. Bütün sinif müraciət edərsə, o zaman yarımqruplar şəklində təşkil olunacaq”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, “Yay məktəbi”ndə tədris vahid proqram əsasında aparılmayacaq və şagirdlərin məktəbli formasında olması tələb edilməyəcək.

Nazirlik rəsmisi “Yay məktəbi”ndə dərs deyəcək müəllimlərə əlavə vəsait ödənilib-ödənilməyəcəyi məsələsinə də aydınlıq gətirib: “İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. Ona görə də onlara əlavə ödəniş nəzərdə tutulmur. Müəyyən rəğbətləndirmə tədbirləri ola bilər”.

Əvvəlki məqalə“Yay məktəbi”ndə hansı müəllimlərin dərs keçəcəyi məlum olub
Növbəti məqaləMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır