Vətəndaş Hüquqları İnstitutu yeni proqramın icrasına başlayıb. Bu barədə Benefisiar.org-a Vətəndaş Hüquqları İnstitutundan məlumat verilib
Proqramın məqsədi gənc hüquqşünasların bacarıqlarını artırmaq və onları hüquqi yardım prosesinə cəlb etməkdir.
Proqram əsəsən müharibədən əziyyət çəkmiş vətəndaşlara yardımı nəzərdə tutur. Bunun üçün Ağdam bölgəsində yerli ofis yaradılıb və hüquqi yardım həssas vətəndaşlar üçün daha da əlçatan edilib.
Növbəti mərhələdə gənc hüquqşünasların bölgələrə səfərləri təşkil edilib ehtiyacı olan vətəndaşlara hüquqi yardım xidməti təmin ediləcək.