“Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsi müzakirə edilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun növbəti görüşü keçirilib.

Assosiasiyadan “APA-Economics”ə verilən məlumata görə, ASA sədri Mustafa Abbasbəyli və sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçən görüşdə “Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsi sığortaçılara təqdim edilib və müzakirəyə çıxarılıb.

Görüşdə sığortaçılar üçün mübahisəli məqamlar müzakirə edilib və qanun layihəsinə düzəliş və əlavələr edilməsi ilə əlaqədar təkliflərin hazırlanıb müvafiq quruma müraciət edilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş Azərbaycan Respublikasında kənd təsərrüfatı sığortası mexanizminin yaradılması və icrasının təmin edilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Kənd təsərrüfatı sığortası haqqında Qanun layihəsinin hazırlanıb.