Özəl və dövlət apteklərinə nəzarət edən qurumlar açıqlandı

“Azərbaycanda dövlət tibb müəssisələrinin nəzdindəki imtiyazlı apteklər və xəstəxanaların daxilindəki apteklərə nəzarəti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və bu qurumun müvafiq Dərman və tibb vasitələri departamentinin Əczaçılıq xidmətləri şöbəsi edir”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.

TƏBİB rəsmisinin sözlərinə görə, özəl topdansatış və pərakəndə apteklərə isə nəzarəti Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzi edir.

Əvvəlki məqaləSaxta COVID-19 pasportu verən həkimlərin diplomunun ləğvi təklif olunur
Növbəti məqaləMənzillərin satış qiymətləri ilə kirayə qiymətləri arasındakı uyğunsuzluğa səbəb nədir?