Hökumət bu müddətdə əlilliyin müəyyən olunması meyarlarını təsdiqləyəcək

Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun tətbiqi barədə 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Report”un xəbərinə görə, ölkə başçısının bu gün imzaladığı fərmanla Nazirlər Kabinetinə üç ay müddətində əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Bundan əlavə, Nazirlər Kabinetinə 3 ay müddətində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etmək həvalə edilib.

Əvvəlki məqaləŞəxsin əlilliyi bu müddətdə qiymətləndiriləcək
Növbəti məqaləDYP-dən sürücülərə çağırış