Vergi ödəyicilərinə qarşı alış qiyməti ilə tələblər dəyişdirilir

Azərbaycanda vergi ödəciyilərinin aldığı malların (işlərin, xidmətlərin) alış qiymətləri bazar qiymətindən topdansatış ticarət fəaliyyəti sahəsində 10%-dən, tikinti və istehsal fəaliyyəti sahəsində 20%-dən, digər fəaliyyət sahələrində 30%-dən çox yuxarıdırsa vergilər yenidən hesablanacaq.

“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, alış qiyməti ilə bazar qiyməti fəaliyyət sahəsindən asılı olmayaraq maksimum 30% fərqlənə bilər.

Əvvəlki məqaləÖlkə daxilində və xaricində müalicə haqları ilə bağlı vergi güzəştləri tətbiq olunacaq
Növbəti məqaləElektron siqaret və qəlyan aksiz vergisinə cəlb olunacaq