Regionlardakı daşınmaz əmlak üçün sadələşdirilmiş verginin əmsalı dəyişdirilir 03 Noyabr 2021 Azərbaycanda paytaxtdan kənarda yerləşən bina və torpaq sahəsi üçün sadələşdirilmiş vergi məbləğinə tətbiq olunan əmsal 0,5-dən 0,3-ə endirilir. “Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.