Qrant müqavilələrinin qeydə alınması qaydasına dəyişiklik edilib

Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmayacaq.

Əvvəlki məqaləMilli Məclisdə ƏDV ilə bağlı müzakirə aparılıb
Növbəti məqaləÖlümün qeydiyyatı necə aparılır?