Gəncədə yeni Təşəbbüs Qrupu yaradıldı

“Gəncə Hüquq və Media Mərkəzi” təşəbbüs qrupu bir qrup gənc jurnalist və ictimai fəal tərəfindən təsis edilib. Təşəbbüs Qrupu bölgələrdə vətəndaşların maariflənməsi, gənclərin bacarıqlarının artırılması və özünüinkişafına töhvə verməyi planlayır. Həmçinin vətəndaşların media əlçatımlılığının az olmasını nəzərə alaraq Qərb regionunda yerli medianın və vətəndaş jurnalistikasının təşviqini hədəfləyib. Bu istiqamətdə aşağıdakı tədbirlər həyata keçiriləcək:

-Bölgədə gənc jurnalistlərin yetişdirilməsi və bacarıqlarının artırılması;
-Video və foto jurnalistikası;
-Media hüququ və yazı jurnalistikasının keçirilməsi;
-Gənc jurnalistlər üçün təcrübə proqramı;
-Video-Caption təlimləri;
-Hüquqi maarifləndirmə;
-Gənclərin bacarıqlarının artırılması və s.

Təşəbbüs qrupunun təsisçiləri Pərvanə Ramizqızı və Vüqar Vilayətoğludur.

Əvvəlki məqaləGələn il maaş, pensiya və təqaüdlər nə qədər artacaq?
Növbəti məqaləİsşizliklə bağlı bu məsələ ləğv edilir