Ağdamda yeni təşəbbüs qrupu yaradılıb

Dekabrın 10-da “Ağdam Təlim və Resurs Mərkəzi” təşəbbüs qrupu təsis edilib. Təşəbbüs Qrupu Ağdam və ətraf rayonlarda vətəndaşların maariflənməsi, gənclərin bacarıqlarının artırılması və özünüinkişafına töhvə verməyi, sülh quruculuğu və birgəyaşayışın təşviqini, gender bərabərliyinə nail olmağı planlayır. Bu istiqamətdə aşağıdakı tədbirlər həyata keçiriləcək:

-Vətəndaşların hüquqi maarifləndirilməsi
-Bölgədə gənclər arasında ictimai iştirakçılığın təşviqi;
-Müharibədən əziyyət çəkmiş, təhsildən kənar qalmış gənclərin bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimlərin təşkili;
-Gənclərin zərərli vərdişlərdən çəkindirilməsi məqsədi ilə təlimlərin təşkili
-Gənclərin sülh quruculuğu prosesinə cəlb edilməsi
-Birgəyaşayışın təşviqi
-Gender əsaslı təlimlərin təşkili;

Təşəbbüs qrupunun təsisçiləri ictimai fəallar Sənubər Heydərova və İlhamiz Quliyevdir.