Milli Məclis məhkəmə hakimlərinin stajı ilə bağlı layihəni təsdiqləyib

Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki məqaləİşdən çıxanların diqqətinə!
Növbəti məqaləXaricdə vəfat etmiş Azərbaycan vətəndaşı ilə bağlı bu prosedur müəyyənləşib