Baş nazir karantin rejimi ilə bağlı qərar imzaladı

Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.

Əvvəlki məqaləDövlət Əmək Müfəttişliyi əməkhaqqı ilə bağlı işəgötürənlərə müraciət etdi
Növbəti məqaləÇoxuşaqlı anaların sosial təminatı