Bağçalara müəllim seçimi bu qaydada aparılacaq

“Bağçalara müəllim seçimi müsabiqə əsasında aparılacaq”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, bağçalara müəllim qəbulu dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə uyğunlaşdırılacaq.