Dövlət İmtahan Mərkəzinin hazırlıq kursları fəaliyyətə başlayır

Aprelin 4-dən yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları fəaliyyətə başlayacaq.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mərkəzdə yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, ingilis dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları fəaliyyət göstərəcək.

Kurslarda müvafiq fənlər üzrə qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər.

Hazırlıq kursları aşağıdakı qrafik üzrə fəaliyyət göstərəcək.

Hazırlıq kurslarının qrafiki
 (2017/2018-ci tədris ili üçün)

    Fənnin adı

   Həftənin

   günü

     Başlanma

   vaxtı

1

   İngilis dili

   I

   0900

2

   Azərbaycan dili

   I

   1500

3

   Kimya

   II

   0900

4

   Fizika

   III

   0900

5

   Rus dili

   III

   1200

6

   Biologiya

   IV

   0900

7

   Tarix

   IV

   1100

8

   Coğrafiya

   V

   0900

9

   Riyaziyyat

   V

   1100

Hazırlıq kursları Asiya Universitetinin binasında aparılacaq.