Bu sinif şagirdlərinin yerdəyişməsi dayandırılır

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Əvvəlki məqaləVergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbə ləğv edilib
Növbəti məqaləPensiyaçılara ödənilən maddi yardımla bağlı rəsmi açıqlama