I ixtisas qrupu üzrə qəbul qaydalar bu tarixdə dəyişəcək

Gələn il yanvarın 1-dən I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişəcək.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.

Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.

Hazırda I ixtisas qrupu üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) daxildir.

Eyni zamanda I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.

Riyaziyyat-kimya (RK) altqrupu Riyaziyyat-informatika (Rİ) altqrupu
1 2
1. Fizika müəllimliyi 1. İnformatika müəllimliyi
  1. Riyaziyyat müəllimliyi
  2. Texnologiya müəllimliyi
2. Riyaziyyat və informatika müəllimliyi
4. Fizika 3. Kompüter elmləri
5. Geologiya 4. İnformasiya təhlükəsizliyi
  1. Mexanika
  2. Riyaziyyat
  3. Aerokosmik mühəndislik
  4. Aqromühəndislik
  1. İnformasiya texnologiyaları
  2. Kompüter mühəndisliyi
  3. Mexatronika və robototexnika mühəndisliyi
  1. Aviasiya təhlükəsizliyi mühəndisliyi
  2. Cihaz mühəndisliyi
  3. Dəniz naviqasiyası mühəndisliyi
  1. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  2. Sistemlər mühəndisliyi
  1. Ekologiya mühəndisliyi
  2. Elektrik və elektronika mühəndisliyi
  3. Energetika mühəndisliyi
  4. Gəmi energetik qurğularının istismarı mühəndisliyi
  5. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
  6. Geologiya və geofizika mühəndisliyi
  7. Geomatika və geodeziya mühəndisliyi
  8. Hava nəqliyyatının hərəkətinin təşkili
  9. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
  10. İnşaat mühəndisliyi
  11. Kimya mühəndisliyi
  12. Kommunikasiya sistemləri mühəndisliyi
  13. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
  14. Maşın mühəndisliyi
  15. Materiallar mühəndisliyi

3

1 2
28. Mədən mühəndisliyi
29. Meliorasiya mühəndisliyi
30. Memarlıq*
31. Metallurgiya mühəndisliyi
32. Mexanika mühəndisliyi
33. Mühəndis fizikası
34. Neft-qaz mühəndisliyi
35. Nəqliyyat mühəndisliyi
36. Nəqliyyat tikintisi mühəndisliyi
37. Qida mühəndisliyi
38. Radiotexnika və telekommunikasiya

mühəndisliyi

39. Şəhərsalma
40. Sənaye mühəndisliyi
41. Uçuş mühəndisliyi
42. Yanğın təhlükəsizliyi mühəndisliyi
43. Aqronomluq
44. Balıqçılıq
45. Meşəçilik
46. Şərabçılıq
47. Torpaqşünaslıq və aqrokimya
48. Yerquruluşu və daşınmaz əmlakın

kadastrı

  1. Zoomühəndislik
  2. Hərbi kompozisiya materialları mühəndisliyi
51. Hərbi rabitə vasitələri mühəndisliyi
52. Optotexnika mühəndisliyi
53. Pirotexniki və partladıcı vasitələr

mühəndisliyi

54. Sərhəd təhlükəsizliyi və idarəetmə
55. Silah və silah sistemləri mühəndisliyi

Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əvvəlki məqaləBu qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişdi
Növbəti məqaləAzərbaycana gətirilən alkoqollu içkilərin aksiz dərəcəsi artırıldı