Qazilərin reabilitasiyası üçün yeni layihə hazırlanır

“Prezident qazilərə xüsusi diqqət ayrılması haqda göstəriş verib”.

APA xəbər verir ki, bunu Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Əkbərov deyib.

Pərvin Əkbərov bildirib ki, Vətən müharibəsi qaziləri üçün intensiv reabilitasiya tədbirləri görmək onların borcudur: “Bunun üçün bizim geniş planımız var. Yaxın aylarda həyata keçirməyə başlayacağıq. Hədəfimiz odur ki, heç bir qazimiz, eyni zamanda heç bir Azərbaycan vətəndaşı reabilitasiya üçün başqa ölkəyə müraciət etməsin”.