Bu şəxslər üçün PCR testi tələbənin ləğvi təklif olunur

Azərbaycanda məhbuslarla görüşə gələn ailə üzvləri və vəkillər üçün PCR testi tələbinin ləğvi təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxış edib.

O, Azərbaycana gələn bəzi şəxslər üçün PCR testi tələbinin ləğv edildiyini də xatırladıb: “Ancaq bu gün cəzaçəkmə müəssisəsində məhkumların yanına gələn ailə üzvləri və vəkillər üçün hələ də bu test istənilir. Bu da həmin şəxslər üçün əlavə xərc deməkdir. Ona görə də heç olmasa, ilk olaraq, vəkillər üçün PCR testi tələbinin ləğvini təklif edirəm”.