Bu şəxslərin vəzifə maaşı müəyyənləşib

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan qeydiyyatçı, nəzarətçi və təsərrüfat işçisinin aylıq vəzifə maaşı müəyyənləşib.

APA-nın məlumatına görə, olmayan qeydiyyatçı, nəzarətçi və təsərrüfat işçisinin aylıq vəzifə maaşı aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra

-si

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1. Ali kateqoriya dövlət orqanlarında 370
2. 1-ci kateqoriya dövlət orqanlarında 355
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 335
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 315