İşsizlikdən sığorta ilə bağlı qaydalar hazırlanıb

“Ehtiyatların investisiyaya yönəldilməsi ilə bağlı səsləndirilən fikirlərlə tam razıyam. Düşünürük ki, bu önəmli istiqamətlərdən biridir. Bununla bağlı DSMF-nin və İşsizlikdən Sığorta Fondunun ehtiyatlarının investisiya edilməsinə dair qaydalar, qanunvericilik paketi hazırlanıb və bütün nazirliklər tərəfindən də dəstəklənib”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirilən təkliflərə münasibət bildirən nazir söyləyib ki, layihə hökumət tərəfindən də aidiyyəti üzrə təqdim olunub.

“Hesab edirəm ki, yaxın dövrdə həmin qanunvericilik paketi Milli Məclisə göndəriləcək. Növbəti ildə artııq DSMF və Məşğulluq Agentliyi investisiya fəaliyyəti ilə məşğul ola biləcək. Həmin gəlirlər də əlbəttə əhalinin sosial müdafiəsi məqsədlərinə yönəldiləcək”, – S.Babayev əlavə edib.