Deputat atalıq məzuniyyətinin müddətinin artırılmasını təklif etdi

Milli Məclisin dekabrın 20-də keçirilən iclasında deputat Aydın Mirzəzadə yeni övladı olan atalara veriləcək 14 günlük ödənişli məzuniyyət müddətinin artırılmasını təklif edib.

“Report”un məlumatına görə, o bildirib ki, 14 gün bir körpəyə baxılması üçün çox azdır.

Deputat qeyd edib ki, körpəyə baxmaq üçün azı 1 ay vaxt lazımdır: “Hesab edirəm ki, dövlət və özəl şirkətlər üçün bir ay elə də çox müddət olmaz”.

Xatırladaq ki, həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə təkliflər verilib və reaksiya müsbət olub.