Bu şəxslər dövlət rüsumundan azad edilir

Sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər etibarnamələrin verilməsinə görə dövlət rüsumundan azad edilir.

“Report” xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunub.

Təklif olunan dəyişikliyə əsasən, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən etibarnamələrin verilməsinə görə onlar dövlət rüsumu ödəməkdən azad edilirlər.