Tikintiyə icazə verilməsinin qaydaları dəyişdirilir

Azərbaycanda tikintiyə icazə verilməsinin ümumi qaydalarında dəyişiklik ediləcək.

“Report” xəbər verir ki, bu, “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bundan sonra tikintiyə icazə verilməsi üçün sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyesterindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd tələb olunacaq. Hazırda bu sənədlərin sürəti tələb olunur.