Su strategiyası ilə bağlı sənəd prezidentə təqdim olunacaq

“Azərbaycanda sudan inteqrasiyalı idarəetməni mərhələlər üzrə həyata keçirmək üçün milli su strategiyasının layihəsi hazırlanıb. Sənəd üzərində işin yaxın zamanlarda sona çatdırılaraq dövlət başçısına təqdim edilməsi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, qısa, orta və uzun illik planlaşma dövründə müasir, mütərəqqi idarəetmə prinsipinə əsaslanan su idarəsini təmin etmək hədəf götürülüb: “Bununla da sudan qənaətlə istifadə edə biləcəyik”.