Miqrasiya orqanları ilə bağlı bu qaydalar dəyişdirilir

Miqrasiya orqanlarında rəhbər vəzifəyə təyin olunan şəxslər daimi qulluğa qəbul ediləcəklər.
Bu, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, miqrasiya orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra “elmi dərəcə”) olan şəxslər üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda sınaq müddəti müəyyən edilmir və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, miqrasiya orqanlarında daimi qulluğa qəbul edilirlər.

Qeyd edək ki, sözügedən sənədin hazırkı variantı isə belədir:

“Miqrasiya orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra “elmi dərəcə”) olan şəxslər üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda sınaq müddəti müəyyən edilmir”.
Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası da dəyişdirilir.
Bu, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə, uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerine yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam veriləcək.

Qeyd edək ki, hazırda bu müddət 4 aydır.