Uşaq hüquqları ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

“Uşaq hüquqları haqqında” qanun hazırda dəyişiklik ərəfəsindədir”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, hazırda qanun layihəsi üzərində işlər gedir və sənəd yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək.