SMART işıq sayğacları kartlarının yüklənməsi asanlaşdı

“Azərpoçt” MMC Gəncədə “Azərişıq” ASC-nin SMART sayğacların kartının yüklənilməsi xidmətini işə salıb.

Bunu Trend-ə “Azərpoçt”un Gəncə regional poçt filialının rəis müavini Zahir Səfərov deyib.

Onun sözlərinə görə, kartriderlər “Azərişıq” tərəfindən poçt filialına təhvil verilib.

Qeyd edək ki, daha əvvəl poçt Bakıda 6 filialda və 15 rayon filialında SMART qaz sayğacı kartlarının yüklənilməsi xidmətini işə salmışdı.

Z.Səfərov həmçinin vurğulayıb ki, SMART su sayğacları ilə bağlı məsələ də hazırda “Azərsu” ASC ilə müzakirə mövzusudur.