Zərərçəkmiş sahibkarlarla bağlı İşçi Qrupu yaradıldı

“Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlarla bağlı İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılıb.

“Report” xəbər verir ki, bu barədə nazir müavini Sahib Məmmədov Real TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sabahdan etibarən nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) binasında müəyyən edilmiş siyahı üzrə zərərçəkmişlərlə görüş keçiriləcək: “Bu məsələ hər bir vətəndaşla fərdi qaydada müzakirə ediləcək, dəymiş ziyan müəyyənləşdiriləcək və işlər aparılacaq”.