Problemli kreditlərlə bağlı vacib məlumat

Problemli kreditlərlə bağlı vətəndaşlara ödəniləcək məbləği vətəndaşlar öyrənə bilərlər.   

Benefisiar.org portal xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdirilib.

Palatanın saytına daxil olub “Problemli kredit məlumatlarının sorğulanması” bölməsində şəxsiyyəti təsdiq edən sənədi, ad və soyadınızı, telefon nömrənizi yazmaqla sizə ödənilməli olan məbləğ haqqında məlumat əldə edə bilərsiz.

Bunun üçün aşağıdakı linkə daxil olmaq lazımdır.

https://pk.fimsa.az/az/kompensasiya