Agentlik anonim müraciətlərə baxacaq

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) anonim müraciətlərə baxacaq.

“Report” xəbər verir ki, bunun üçün qurumun rəsmi saytına “Məxfi məlumat” bölməsi açılıb. Onlayn müraciət forması vasitəsilə qadağan olunmuş maddələrin təhcizatı və istifadəsi barədə məlumat verən şəxslərin anonimliyi təmin olunacaq.

Qeyd edək ki, 2016-cı ildə fəalliyətə başlayan AMADA indiyədək dopinqdən istifadəyə görə 44 idmançıya sanksiya tətbiq edib.