Azərbaycandakı xarici diplomatların manatda bank hesabı açmaları və bank əməliyyatları aparmalarına dair prosedur müəyyənləşib.
ONA-nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, artıq qeyri-rezidentlər müvəkkil banklarda milli valyutada açdıqları hesablardan rezidentlərin milli valyutada olan bank hesabları üzrə əməliyyatların aparılması qaydalarına uyğun olaraq istifadə edə bilərlər.