Kimlərə ictimai işlər tətbiq oluna bilməz?

İnzibati Xətalar Məcəlləsinin 28-ci maddəsində ictimai işlərin tətbiq dairəsi göstərilib. Həmin maddəyə əsasən:

1) İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir;

2) İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir;

3) İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz;

İctimai işlər aşağıdakı şəxslərə şamil oluna bilməz

a) birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;

b) hamilə qadınlara;

c) himayəsində üç yaşınadək uşağı olan qadınlara;

d) üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə;

e) pensiya yaşına çatmış qadın və kişilərə;

f) hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına.

Oxunub: 1201