Ali Məhkəmənin sədri: “Boşanmaq istəyənlərin məhkəməyə gəlməsi vacibdir”

“Azərbaycanda bəzi hallarda boşanmaq istəyənlərin özləri deyil, vəkilləri məhkəməyə gəlir”.

“Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, boşanmaq üçün məhkəmələrə müraciət edən ər və arvadın məhkəmə iclaslarına vəkillərini göndərmələri ailələr arasında barışmağa mane yaradan məsələlərdəndir: “Çünki onlar məhkəməyə özləri gəlmədiyi halda barışmaları mümkünsüz hala çevrilir”.