Erkən nikahın fəsadları və cəmiyyətin reaksiyası (Video)

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, erkən nikah 18 yaşına çatmamış oğlan və qızların ailəqurması və birgə yaşamasıdır.

UNİCEF –in məlumatına görə Azərbaycanda il boyu təxminən 15 yaşına çatmamış beşminə qədər qız ailə qurur.

Azərbaycanda son 16 ildə 51 min erkən nikah bağlanıb.

Erkən nikah fizioloji olaraq qadınların istismar edilməsi, onların hüquqlarının pozulmasıdır. Son 16 ildə ölkədə erkən nikahlardan 22 min uşaq doğulub.

Həkimlərə görə, qadın xəstəliklərinə əksər hallarda erkən nigahlar səbəb olur.

Erkən yaşda nikaha daxilolma social problemlərdəndir. Bəs bu haqda sosioloqlar nə düşünür?

Erkən nigahların fizioloji fəsadlaryla yanaşı psixoloji zərərləri də mövcuddur.

Erkən nikahların fəsadlarını gəlin bir də qəhrəmanlarımızın dilindən eşidək.

Anonim qəhrəmanımız bıldildirir ki, onun yaşadığı yerlərdə erkən nigahlar sıradandır.

Erkən nigahı ailəsinə qarşı gələrək özü könüllü seçənlərdə olur. Ülviyyə öz istəyi ilə 17 yaşında ailə qurub.

Hazırda erkən nikahlar cəmiyyətimizin həllini gözləyən problemlərindən olsa da, qətiyyən qarşısında aciz olduğumuz problemlərdən deyil.

Təcrübə sübut edir ki, ölkədə ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin etməklə problemin miqyasını əhəmiyyətli dərəcədə kiçiltmək mümkündür. (Benefisiar.org)