“Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib.
O qeyd edib ki, ödənişli təhsil alan tələbələrin problemlərini həll etmək üçün ayrıca qanunun hazırlanması məqsədəuyğun hesab edilib: “Bununla bağlı müzakirələr aparılır. Hazırda “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması istiqamətində iş gedir. Bununla bağlı əsas dünya təcrübəsi öyrənilir”.