Prezident Hacıbala Abutalıbovu vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

İlham Əliyev oktyabrın 21-də  Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.