Cərimə və sanksiyaların artacağı gözlənir

İqtisadçı
Nemət Əliyev

“Ödənişli xidmətlərin həcmi və əhatə dairəsi son illərdə kifayət qədər böyüyüb. Təbii ki, burada əsas məqsəd eləcə pul yığmaqdır”.

Bunu iqtisadçı Nemət Əliyev Azadlıq Radiosuna 2020-ci ilin dövlət büdcəsi layihəsində ödənişli xidmətlərin həcminin artırılması ilə bağlı deyib.

İqtisadçının vurğulamasına görə, amma hökumət nəzərə almalıdır ki, əgər gəlirlərdə əhəmiyətli dərəcədə artımlar baş vermirsə, o zaman ödənişli xidmətlərin həciminin artması əhalinin həyat səviyyəsinə ağırlaşdırıcı təsir göstərə bilər:

“Ona görə də ödənişli xidmətlərin bu dərəcədə böyüməsini məqsəduyğun saymırıq. Bu o halda mümkün olar ki, əhalinin gəlirlərinin artım tempi, bu ödənişlərin artım tempini kifayət qədər üstələsin. Bu ilin 9 aylıq göstəricilərinə görə, əhalinin gəlirlərinin artım tempi 5-6 faiz təşkil edir, amma gələn il ödənişli xidmətlərdən daxil olmalarda 34 faiz artım olmalıdır. Aradakı fərq düşündürücüdür”.

Mövcud layihəyə görə, 2020-ci ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 839,5 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur. Bu da bu ilin eyni proqnozu ilə müqayisədə 212,9 milyon manat və ya 34 faiz çoxdur.

Nemət Əliyevə ödənişli xidmətlərin tərkibində cərimələrin, sanksiyaların xüsusi yer tutmasını qeyd edərək, əlavə edir ki, burada hökumət insanların zəif yerindən tutmağı hədəfləyir:

“Düz yoldur, sürcüsü yol gedir, yol boş olduğu üçün mənzil başına tez çatmaq üçün sürəti artırır, amma ətrafda qurğular var ki, bunu qeydə alır, bunu qanun pozuntusu kimi göstərir. Belə həssas məsələləri hədəfləyərək dövlət büdəcsinə pul toplmağı qarşıya qoyublar”.

“Həm sahbikarların, həm əhalinin, həm də dövlətin qazanması…”

Nemət Əliyev hesab edir ki, hökumət əslində iqtisadi artımla büdcəyə yığılan pulu artırmalıdır:
“Hökumət ölkə iqtisadiyyatını stimullşdırmaq, böyütmək, iqtisadi dövriyyəni artırmaq hesabına büdcəyə pullar cəlb etməlidir. Həm sahbikarların, həm əhalinin, həm də dövlətin qazanmasına şərait yaratmalıdır”.

N.Əliyev deməsinə görə, ölkədə elə vəziyyət yaradılıb ki, sahibkarlar qanunauyğun şəkildə fəaliyyət göstərdikdə mənfəətə çıxa bilmir.

Bəzi müstəqil iqtisadçılar da hesab edirlər ki, bu hal gələn il cərimə və sanksyaların artırılacağından xəbər verir.

Deputat: Daha çox gömrük və vergi ilə bağlıdır

deputat
Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa isə deyib ki, cərimələri proqnozlşadırmaq doğru deyil, çünki, cərimə və xətalar azala da bilər:

“Amma bu vergi və gömrüklə bağlı məsələləri proqnozlaşdırmaq mümkündür, elə artım da onlarla bağlıdır. Çünki cərimələr böyük məbləğ kəsb etmir. Daha çox gömrük və vergi ilə bağlıdır. Bu artm özü isə bu qurumlarda xidəmt göstərən insanların xidmət haqqına yönəldilir”.

Deputat deyir ki, qeyd edilən məsəllər təxmini müəyyən edilir:

“Bunlar hipotezalardır (təxmini fikir). Hansısa bir ticarət dövriyyəsini qaldrmaq, hansı ölkədən mal alıb, hansısa ölkəyə mal göndərmək kimi halları müəyyən dərəcədə proqnozlaşdırmaq mümkündür. Amma vətəndaşın göstərə biləcəyi davranışın nə dərəcədə cərimələrin artmasına səbəb olacağını proqnozladırmaq çətindir”.

F.Mustafa əlavə edir ki, bu məsələdə əsaslandırma bir az dəqiq olmalıdır:
“Çünki, sabit olmayan gəlir üzərində büdcə ayırmalarını müəyyən etmək sonra büdcə üçün problemlər yarada bilir”.

Xatırlatma

Gələn ilin büdcə layihəsində gəlirlər 24 milyard 134 milyon, xərclər isə 26 milyard 913 milyon manat proqnozlaşdırılıb. Büdcə layihəsində artım var. 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon, xərcləri isə 25 milyard 190 milyon manat açıqlanıb. 2019-cu ildə büdcə təşkilatlarının ödənişli xidmətləri 626,6 milyon manat proqnozlaşdırılıb. Gələn il isə bu proqnoz 839,5 milyon manata çatdırılıb.

Azadlıq Radiosu

Əvvəlki məqaləHüquq-mühafizə orqanları ailədə şiddətə reaksiya verməyə başlayıb
Növbəti məqaləAvtomobillərdə plyonka qadağasının ləğv edilməsi təklif edilib