Banklar üçün yeni öhdəlik müəyyən edilib

Azərbaycanda kommersiya bankları üçün yeni öhdəlik müəyyən edilib.

“APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Kartlarla bağlı fəaliyyətin təşkil edilməsi üzrə bankdaxili prosedur qaydalar ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə məlumatların təhlükəsizliyinin təmin olunması, habelə bu məlumatların təhlükəsiz saxlanılması üzrə nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən etməlidir.

Əvvəlki məqaləDİN rəis vəzifəsinə qəbulla bağlı müsabiqə elan edib
Növbəti məqaləGələn il pensiya məbləği neçə manat olacaq?