Dövlət Neft Fonduna yeni icraçı direktor təyin edilib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə İsrafil Məmmədovu təyin edib.

İsrafil Məmmədov buna qədər fondda icraçı direktorun müavini vəzifəsini tuturdu.

İsrafil Məmmədov 1995 -1996-cı illər Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində, 1996-2007-ci illər Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində çalışıb. Daha sonra Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi olub.

23 iyul 2013-cü il tarixində Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

O, 1973-cü ildə doğulub, 3 övladı var.

İlham Əliyev bu gün İsrafil Məmmədovu qəbul edib.

Fonda buna qədər rəhbərlik edən Şahmar Mövsümov prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

Meydan TV