Prezidentin köməkçisi şöbə müdiri oldu

şöbə müdiri
Azər Əmiraslanov

Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

APA-nın xəbərinə görə, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Baş Nazirin imzaladığı digər sərəncamla isə Mehman Tağıyev Sosial məsələlər şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamına əsasən, Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postu ləğv edilib. A. Əmiraslanov Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postunu tutub.