Buraxılış imtahanlarının vaxtı bəlli olub

Ümumi təhsil müəssisələrinin ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı bəlli olub.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, ümumi orta (IX) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsi 1, 9 və 15 mart, II mərhələsi isə 7, 14 və 21 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

Tam orta təhsil (XI) səviyyəsi üzrə buraxılış imtahanları isə 5, 12 və 19 aprel tarixlərində keçiriləcək

Əvvəlki məqaləÖlkəyə gətirilən avtomobil hissələri gömrük rüsumundan azad edilir – QƏRAR
Növbəti məqaləƏdliyyə orqanlarında işləmək istəyənlərin diqqətinə!