Vəkillərin peşə bayramı gününün təsis edilməsi təklif olunub

“Azərbaycanda 5 bölgədə Vəkillər Kollegiyasının regional qurumları yaradılmalıdır. Regionlarda 4 qurumun yaradılması barədə razılıq əldə olunub, bir regionda bununla bağlı danışıqlar davam edir”.

APA-nın məlumatına görə, bun bu gün Vəkillər Kollegiyası “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə tədbir Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib.

A. Bağırov deyib ki, Rəyasət Heyətinin yenidən formalaşdığı 6 ay müddətində dövlət hesabına hüquqi müdafiə ilə bağlı məbləğlər 3 dəfə artırılıb: “Bu da vacib məsələ idi. Çünki bu məbləğ çox aşağı idi”.

A Bağırov Xalq Cümhuriyyəti dövründə Andlı Vəkillər Palatasının 30 iyul 1919-cu ildə fəaliyyətə başladığını da nəzərə çatdırıb: “Biz bununla bağlı arxiv məlumatlarını əldə etmişik. Bu, çox vacibdir. Hər bir vəkilin ən böyük arzularından biri vəkillərin peşə bayramının olmasıdır. Ümid edirəm ki, gələn il vəkillərin peşə bayramını, eyni zamanda Azərbaycanda vəkillik institutunun yaradılmasının 100 illiyini qeyd edəcəyik”.