Liseylərin növbəti dərs ili üzrə tədris planı təsdiqlənib

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planları təsdiqlənib.

“Report” xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazir eyni zamanda istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2018-2019-cu dərs ilinə aid tədris planını təsdiq edib.

Hər iki əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.