Koronavirusla bağlı ictimai nəqliyyatın fəaliyyəti yeni qaydada tənzimlənəcək

Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda ictimai nəqliyyatın fəaliyyəti yeni qayda ilə tənzimlənəcək.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bu gecə saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcək.