Karantinlə bağlı bu obyektlər bağlanacaq

“Məhdudiyyətlərin tətbiq olunduğu müddət ərzində iri ticarət mərkəzləri də bağlanacaq”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

Məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində kafe və restoranlarda, iaşə obyektlərində yerində xidmət dayandırlacaq.

İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.