Parlamentin İnsan Hüquqları komitəsində yaz sessiyası müddətində 2 dinləmə keçiriləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisinin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına daxil edilib.
Komitədə sessiya müddətində 18 iyun – Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə və “Əfv etmə-amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin” keçirilməsi nəzərdə tutulub.